Azərbaycan

Ovçuluq

Azərbaycan: Ovçuluqvə balıqçılıq

Doqquz İqlimli Ölkə

Azərbaycan Cənubi Qafqazın şərqində, Xəzər Dənizinin qərb sahilində yerləşir. Bu gözəl vilayətin nadir və təbii ziddiyyətləri inanılmazdır: Torpağın 11 əsas iqlim qurşağından 9-i, subtropik və alp çəmənləri vardır. Burada dörd mövsümü eyni vaxtda müşahidə etmək olar; Gözək, rütubətli subtropik floraya, əbədi qar və buzlaqların məkanı Şahdağ və Murovdağlarına, yaz ətirli Qəbələ meşələri, həmçinin isti çölü olan Mil, Muğan və Şirvana malikdir.

Dağlar və düzənliklərdə hakim relyeflər vardır. Ovalığı şərqə qədər uzanır. Ən böyüyü Kür və Araz çaylarının arasındakıdır. Qafqaz dağları (Bazardüzü dağı 4466 m), Şahdağ dağ 4450 m, Niyaldağ, Qovdaq və Qaytara Hacı Böyük Qafqazın bir hissəsinə qədər uzanır. Kiçik Qafqaz vasitəsilə relyef qismində (Şahdağın, 2901 m), (Qəmiş dağ, 3724 m) və (Qız Qalası dağları 2843 m) Qafqaz relyefi üstünlük təşkil edir.

Ov və balıq ovu

Azərbaycan əsasən dağlar və çaylar ölkəsi kimi tanınır. Onların arasında (Vəlvələçay çayı), (Qurmuçay çayı), (Dəmiraparan çayı) və s. belə səsli- küylü dağ şəlalələri də vardır.

Ümumi sayı 250-yə bərabər olan Tufandağ (Qafqaz), Göygöl, Maralgöl, Zəligöl, Qaragöl (Kiçik Qafqaz)və s. dağ və sadə göllər həqiqətəndə azərbaycan torpağını həqiqətəndə çox bəzəyir.

Azərbaycan təbiətinin meşələri və yarımsəhralarının çox zəngin olması bura gələn səyyahlarıda çox heyrətləndirir. Azərbaycan florası zəngin və müxtəlifdir; Onun parlaqlığı və canlılığı böyük milli xalçanı xatırladır. Daha 4,100 növ bitki, o cümlədən endemikləri vardır. (Talış Lili, Qarabağ, Xəzər zəfəranı, Lalə, Süsən və s.).

Ov tarixi

Azərbaycanın heyvanlar aləmi eynilə zənginliyi və rəngarəngliyi ilə fərqlənir: 12000 növdən çox xarici ölkələrədə köçürülür. Ceyranlar, qabanlar, canavarlar, tülkülər, dovşanlar, qunduzlar, qırqovullar, (“qaşqaldaq”) Sultan Kür vilayində məskunlaşmışlar. Maral, cüyür, qaban, qonur ayı, vaşaq, canavar və hətta bəbirlər aran üçün xarakterikdir. Dağ keçisi, dağ qoçu, kəklik, daş kəklik, turac və s. ev heyvanları da burada çoxdur.

Xəzər dənizi nadir törəmə və bioloji ehtiyatları baxımından çox zəngindir. Burada nərə, ağbalıq, uzunburun, qızıl balıq, kütüm, siyənək, şemaya, ilanbalığı, naqqa, durnabalığı, sazan və s növ balıqlar Xəzər dənizinə axan çaylardan çıxarılır. Azərbaycan nəinki çoxəsrlik ənənələri, həm də qədim ölkə tarixi və mədəniyyətinə malikdir. İpək istehsalı, xalçaçılıq, daş incəsənəti ilə yanaşı idman yarışlarına böyük diqqət yetirilmişdir. Onların arasında saxlanılmış və nəsildən-nəslə verilmiş, Güləş (mübarizə), çovqan, (Azərbaycan polosu) və cıdır (cıdır yarışları) kimi idman növləri dildən-dilə düşmüşdür. Azərbaycanın iqlimi, flora və faunanın geniş zəngiliyi və bir-birinə sıx bağlı olması Azərbaycan sərvətlərini dahada genişləndirir.


Qafqaz ovu (Dağıstan)

Dağ keçisi yüksək qayaların bəzəyidir. Onlar bütün mövsümləri orada qalırlar. Qışda çox qar düşdükdə dişilərin çoxu meşələrə enirlər. Qafqaz dağ keçisi ən çoxsaylı növ dırnaqlı hesab olunur, sürüləri 100-150 saydan ibarətdir. Yay vaxtında yaşlı erkəklər bir-birindən asılı olmayaraq ya qruplarda, ya da dişilərdən ayrı qalırlar. Lakin qarışıq sürülərə rast gəlinir. Dağ keçisi çox nadir hallarda köç edir və bir çox onilliklər ərzində əvvəlki yerlərində qalmağı seçirlər. Yay günlərində, bir qayda olaraq, 20-40 heyvan qrup olaraq dağlarda yaşayırlar. Axşam saatlarında dağ keçiləri qayalara enirlər və çəmənlərdə, bəzən də meşələrdə otlayırlar.

Flora da dağların üst hissədən kənara ilə fərqlənir, dağlarda fərli yamaclarda fərli flora bitir və yamaclardakı flora meşələrdəki ilə eyni olduğu üçün heyvanlarda meşə və yamaclara daha çox meyl edirlər. Alp zonası qarlı çöllərlə, buzlaq və qayalarla bilavasitə sərhəddir; bu zonada yalnız ota, mamıra və dağlar arasında artan şibyələrə rast gəlmək olar. Dağ keçilərinin ovlanması üçün bir çox metodlardan istifadə oluna bilər. Əgər ovçu hətta ən kiçik səhv edir: Ehtiyatsızlıq və ya artıq hərəkət olduqda, artıq heyvanı ovlamaq üçün heç bir şans qalmır. Dağ keçiləri hətda kiçik rayonlarında uğurla gizlənə bilirlər, çünki bu onların həyat yaşayına çox oxşardır. Yalnız o ərazilərdə insanlar və itlər olduqda onlar orada rahat ola bilməzlər. Ovuna özünü göstərmək istəməyən ovçuların bu yerləri dəqiq bilməkləri mütləq hesab olunur. İstənilən halda mövsümdən asılı olaraq ovçuya durbin, nişangah və maskalanma lazım olacaq. Ovun öz xoşluğu ilə tora düşməsinin ən gözəl yolu otla dolu olan açıq arabadır.


Dağkeçisi və cüyür ovu

Cüyür miniatür heyvandır: yetkin erkəyin çəkisi 23-30 kiloqram arasıdır, heyvanın hündürlüyü 70 santimetrə yaxındır. Erkəklərin buynuzlarında maksimum 60 budaq olar bilər. Dişi cüyürlərin nadir hallarda buynuzları olur və adətən kiçik olur. Yayda erkəklərin və dişilərin rəngi parlaq narıncı, qışda isə boz olur, bəzən onların sarı xalları olur (rəng fəqrləri yetərincə müxtəlifdir) — hətta qara cüyürlərinə rast gəlinir.

Qışda onların ağ ləkəsi yaranır və xüsusi əzələlərlə dartılıb, disk şəklində həyəcan siqnalı kimi istifadə olunan quyruğun dibində “güzgü”yə dönür. Quyruğu çox kiçik və gözəçarpan deyil. Qışda dişinin səhvən quyruq kimi qəbul olunan uzun tükləri uzanır. Onların köməyi ilə dişiləri həmişə buynuzlarını tökmüş erkəklərdən asanlıqla fərqləndirmək olar.

İki cüyür növü vardır: çöl maralı və daha tez-tez rast gəlinən meşə maralı. Meşə maralı çəmən və çöllərlə əhatə olunmuş kiçik meşələri sevir, çünki bu cür mühit ideal sığınacaqla və optimal yem bolluğu ilə təmin edir. Çöl cüyürü açıq çöllərə üstünlük verir və hər növ ağaclıqda və kollar arasında özünə sığınacaq tapa bilir

Qarapaça—ilk öncə alp regionunda dağ yerində rast gəlinən antilopdur, və nadir hallarda meşə kəməri səviyyəsindən aşağı düşür. Qışda həm erkək, həm dişilər tünd qonur, demək olar ki, qara rəngində, yayda isə daha açıq qəhvəyi rəngində olur. Heyvanın sifəti qulaqlarından burnuna qədər çatan xətlərlə sarı-ağ çalarlarındadır.

Erkəklərin və dişilərin ov trofeyləri olan buynuzları var. Avropada qarapaça ən məhşur ov obyektlərindən biridir. Heç zaman tökülməyən buynuzlar əyridir. Erkəklərin buynuzları xarakterik olan qarmaq formasına malikdir, dişilərin buynuzları daha balacadır.

Cüyür və qarapaça ovunda müxtəlif üsullardan istifadə olunur: izləmə yolu ilə və ya hərəkətsiz ov, heyvanın qüllədən izlənməsi, tələyə salma, və sadalnmış üsulların ikisi ilə birlikdə istifadə olunan qar üstü izlərin izlənməsi, itlə izləm, ov itləri ilə ov.

Cüyür ovuna ov iti ilə və itsiz çıxmaq olur, lakin çox tez qovmaq lazım deyil, çünki cüyür yaxşı atəş açmağa imkan vermir. Lakin cüyür öz yaşayış yerini tərk etməyə sevmir, və ovçular bəzi heyvanları yaxşı gizləndikləri üçün itsiz görməyə bilər. Lakin hətta ovçuların sayı çox olduğu onlara ərazilərinə qayıtmağına imkan verməmək üçün azlıq edə bilər, lakin tez-tez təkrarlanan və güclü narahatçılıq onları yeni yaşayış yeri axtarmağa məcbur edə bilər.

Cüyür və qarapaça balaca heyvanlardır, ona görə yüngül tüfəngin istifadəsi məqsədəuyğundur. Heyvanın vurulmalı olduğu yeri də balacadır, ovuc icindən böyük deyil, və çiyin oynağınınn arxasında yerləşir. Əgər heyvan yerində durmursa, onu vurmaq demək olar ki, mümkünsüzdür. Cüyür və qarapaça ovu vaxtı trofey haqqında deyil, populyasiyanın sağlamlaşdırılması haqqında düşünmək lazımdır. Qoca, yaralanmış və xəstə erkəkləri və ya sağlam olduqlarına baxmayaraq görünüşcə cazibəsiz olanları vurmaq lazımdır.Unutmayın ki, dişiləri və onların balalırını vurmaq qadağandır!

Cüyür və Qarapaça ovu ilə qeyd olunan rayonlarda məşğul olurlar:

  • Şamaxı rayonunda (Ulduz ov yeri)
  • Şəki və Oğuz rayonlarında (Şəki ov yeri)
  • Qax rayonunda (Qax ov yeri)
  • Quba və İsmayıllı rayonunda (Babadağ - ov yeri)

Açıq mövsüm: iyun-oktyabr


Vəhşi qaban ovu

Qabanlara Azərbaycanda böyük ərazidə rast gəlinir. Onlar müxtəlif növ yerlərdə qala bilir — qarlı meşələrdə, quru rayonlarda, subtropik meşələrdə.

Vəhşi qaban qısa və möhkəm ayaqlarında öz bədənini rahat daşıyan, tez hərəkət edən güclü heyvandır.

Qabanlar həmişə erkəklərdən, dişilərdən və balalarından ibarət kiçik sürülərlərdən ayrılmır. Yalnız qoca qabanlar tək həyat tərzi sürürlər, onları ovçular arasında «одинцы» deyərək çağırırlar.

Qabanın balaca gözləri pis görür, ona görə onun həyatında duyma və eşitmə qabiliyyəti böyük əhəmiyyət daşıyır. Buna görə təhlükə hiss edən heyvanın ilk hərəkəti eyni zamanda qulaqlarını və burnunu yuxarı qaldırıb, havanı dərindən içəri çəkməkdir.

Vəhşi qabanlar əsasən gecə həyatı yaşayır, gündüz isə sakit və görünməyən yerlərdə istirahət edir. Lakin onlar narahat olunmadıqları yerdə gündüz də yemlənirlər. Ev donuzu kimi qabanda hər şey yeyən heyvandır.

Əgər heyvanın ön dırnaqlarının izləri 5 santimetrdən çoxdursa, demək heyvanı ovlamağa dəyər: demək onun çəkisi 110 kiloqramdan çoxdur və dırnaq diametrinin hər əlavə 6 millimetri əlavə çəki deməkdir, təqribən 45 kiloqram.

Yaxşı qabanı vurmaq üçün, xüsusən sıx meşədə, adətən qabanın kök altında eşələnmək imkanı olan çay sahilində və digər yerlərdə olan izin arxasınca getmək lazımdır. Xəzər dənizi zonasında sahilyanı qamış astarı qabanı yemlə və sığınacaqla təmin edən əsas yaşayış zonasıdır. Yayda, su çəkildikcə, heyvanlar açıq səhrada nadir hallarda görsənir və daşqınların dərinliyinə gedirlər. İyulun sonunda çöl isti gün şüaları altında quruyur və otları yem kimi istifadə etmək mümkün olmur. Qamış isə həmin vaxtı daha da tez böyüməyə başlayır.

Qafqaz dağlarının meşələrini qabansız təsəvvür etmək mümkün deyil. Qabanlar fındıq və sarı rododendron pöhrəliyi olan fıstıq- vələs və palıd meşələrinə üstünlük verir. Yayı onlar palıdlıqlarda və şabalıdlıqlarda keçirirlər.

Qaban ovunun ən maraqlı üsulu ayı ovuna bənzəyən ov iti ovudur. Ov itləri qaban izi ola bilən yerə gətizdirilir. İtlər izi tapır və onu izləyirlər.Onlar ayını qovduqları kimi qabanı qovurlar, lakin bu halda izləmə bir neçə gün davam edə bilər.

Lakin qaban ovunun ən geniş yayılmış üsuludur. Açıq yerlərdə yemlənən heyvanlar sübhdə və gec axşam vaxtı daha aktiv olurlar. Maral ovundaki kimi, ovçular yavaş-yavaş küləklənmiş tərəfdən yaxınlaşmalıdır, çünki qabanın çox yaxşı duyma və eşitmə qabiliyyəti var. Diqqət yetirərək və qulaq asaraq tez-tez dayanmaq lazım gəlir. İzləmə vaxtı bəzən bir neçə saat ərzində dağ yerində cəngəllikdən keçmək lazım olur. İzləmə vaxtı yem yerlərində və sıx meşəlikdə və ya hündür otluqda xüsusən ehtiyatlı olmaq lazımdır, çünki bu cür yerlərdə qaban ola bilər. Ovçu uğurlu olsa, qabanı səhər tezdən yemlənərkən və kök altında eşələnərkən görmək olar: bu qabanı məşğul görməyin yeganə şansdır, bu zaman o insan mövcüdluğunu hiss etməyə bilər.

Qaban budaqlardan, otdan, yarpaqlardan, müxtəlif qırıntılardan yatmaq üçün yer hazırlayır. Dağ rayonlarında bu cür qurğular dağ silsilələrində yaradılır, açıq ərazidə onları ağac altında tapmaq olar. Ot təravətli olduqda, onlar gözə çarpır, lakin müəyyən vaxt keçdikdə onları görmək çox çətin olur. Qaban bu otluğun altında gizlənir və onu narahat edən olsa, o yamacdan aşağı qaçır. Buna görə ehtiyatlı ovçu müəyyən izləmə yerinə təpənin zirvəsindən və ya yuxarıdan aşağıya yaxınlaşmalıdır. Qabana yaxınlaşdıqca yerdəki izlər ziqzaq formasını alır və bunu bilərək, ovçu çox ehtiyatla yaxınlaşmalıdır.

Qaban tez və möhkəm hücum edir, ona görə qabanı izləyərkən iri karteçlə doldurulmuş 10-12 kalibrində qoşalüləli tüfəngi və ya maqazin tüfəngini özünüzlə götürməyə dəyər. Qabanın hər tərəfdən 20 santimetrlik möhkəm dişləri var. Hücum edərkən, heyvan hətta ovçudan çəkinmir. Elə hallar baş verə bilər ki, ovçular qabandan qorunmaq üçün ağacların arxasında gizlənməli olsunlar.

Qaban ovu ilə növbəti rayonlarda məşğul olmaq olar:

  • Şamaxa rayonunda
  • Şamaxa və Oğuz rayonlarında
  • Qax rayonunda
  • Quba və İsmayıllı rayonlarında
  • Samux rayonunda
  • Xızı rayonunda
  • Cəliləbad rayonunda

Açıq mövsüm: sentyabr- mart


Azərbaycanda tülkü ovu

Orta yetkin narıncı tülkünün çəkisi 3-7 kiloqram arasıdır. Öz çəkisinə görə o daha iri görsənir, lakin əslində ev pişiyindən və ya itindən böyük deyil. Adətən o qırmızı mis və ya pas rəngindədir, bəzi yerləri boz, bədənin aşağı hissəsi ağ, pəncəsi qara rəngində olur, lakin müxtəlif rənglərədə rast gəlmək mümkündür. Fırça adlandırılan gözəl quyruğun ucu ağdır. Narıncı tülkü bala doğub böyütməli olanda yuvada qalır, lakin adətən o qışda yuvada qalmır. O yaxşı mənzərəyə malik qarışıq kolluqları və çəmənlərinı sevir.

Meşədə tülkü ovunun bir neçə üsulu var. Onlardan biri ənənəvi üsuldur- qırmızı paltarlar geyinmiş minicilər tülküləri ov itləri ilə qovurlar. Fermerlər və başqa kənd sakinləri tərəfindən əsasən gecə istifadə olunan başqa bir üsulda var. Bu ovun mənası “it musiqisinə” qulaq asmaqdadır. İt yiyələri sadəcə ocaq başında əyləşib itlərinin hürməsinə qulaq asırlar. İt yiyəsi itini səsinə görə tanıyır və izin itirdildiyini, tapıldığını, tülkünün sonu gəldiyini itin hürməyinə qulaq asıb deyə bilər. Elə olur ki, itlərin arxasınca yiyələri avtomobillə gedir.

Qar yağanda, tülkü ovuna 2-3 ov iti ilə getmək olar. Ovçular səhər tezdən çıxıb izləri axtarmağa başlayırlar. Sonradan itləri buraxır, özləri isə tülkünü vurmağa çalışırlar. Tülkülər ərazilərini tərk etmədən əyri dairələrlə qaçırlar, lakin onları vurmaq heçdə asan deyil: onlar qurban olmamaq üçün çox bicdilər və əla görmə və duyma qabiliyyətlərinə malikdilər.

Digər bir üsul daha da məhşurlaşır — gizlənib, ovçu tülkünü yamsılanan səslərlə cəlb edib, silahdan atəş açır. Səs yamsılatması və ya tələ ovu çox maraqlı keçir. Adətən yaralanmış və ya ürkmüş dovşanın və ya yaralı quşun səsi yamsılanır.

Tülkü ovu ilə növbəti rayonlarda məşğul olunur:

  • Xızı rayonunda
  • Cəliləbad rayonunda

Açıq mövsüm: avqust-mart


Suda üzən quş ovu

Suda üzən quş ovu haqda söz düşəndə, ilk ağıla gələn ördək, qaşqaldaq və qaz olur. Çay ördəklərinə bizquyruq, lal ördək və s rast gəlmək olar. Quş ovu müxtəlif üsullarla tətbiq olunur: bəziləri daha öncədən yaranmışdır, sonradan isə tüfəngdən istifadə etməyə başladılar. Ördəklərə istənilən su çox olan yerdə gizlin yaxınlaşmaq olar çünki su çox olan yerdə ördəklər toplu şəkildə yığışırlar.

Üzən ördəklərə sahil bitkilərinin arxasında gizlənərək gizlin yaxınlaşmaq mümkündür. Bəzən onların göldə və ya bataqlıqda qağıldamaqlarını eşitmək olar ki, yalnız mahir ovçu hansı səsin hansı növ ördəyə aid oldugunu bilə bilər. Digər üsul - bu ən kiçik çayda avarlı qayıq yolu ilə ovdur: qayığın çayın axarı ilə üzüaşağı enməyinə çox vaxt ördəklər fikir vermirlər. Dalğıc ördəklərə dəniz ördəkləri, qara ördək, narok, güləyənquş və s aiddir. Onlarda böyük göl və limanlarda rast gəlmək mümkündür. Havaya qalxaraq, onlar üzü küləyə çevirilirlər və su ilə qaçırlar: onların qanadları suyun səthini tutub su üzərində hoppanmaq üçün ördək qanadı kimi kimi böyük və güclü deyil.

Mövsümün ən qızğın ördək odu payız sonlarıdır. Nə vaxt ki, şimaldan mülayim soyuq külək başlayır və ördəklər cənub küləyinə doğru uçurlar. Elə təəssürat yaranır ki, sanki bu cəsur və sürətli quşlar küləyin güclənməsinə sevinir və uçmağa başlayırlar. Sübh tezdən alatoranda, dalğalar, buz bağlamış müqəvvalar, şaqqıltılı sahil- bunlar açıq suda xüsusi ovun atributlarıdır.

Bir çox yerlərə müqəvvalar qurulur. Onların sonradan yemləndikləri dəqiq təyin etdikdən sonra müqəvvalar çıxardılır. Müqəvvalarla və ovçunun çadırı arasında təmiz su məkanı kifayət qədər olmalıdır ki, quşlar üçün oturmağa yer olsun. Yaxşı daxma demək olarki ovçunu tam şəkildə gizlətməlidir. Onu mütləq ördəklər uçub gələnə qədər hazır eləmək lazımdır. Bu vacibdir,çünki, məsələn, qaralmaq və maygülüördəkləri aldatmaq asanndır, lakin qalanlarını aldatmaq çox çətindir. Yeri gəlmişkən, müqəvvalar çox sadə bilər- bu çox ağ paltarlardan və ya su üzrə səpələnmiş kağız parçaları ola bilər.

Ördək, qaşqaldaq və qaz ovunun ən populyar növü səhər və axşamüstü olmadan suyun axını olan vaxtlardır. Ovçu komada oturub qarşıdan gələn ördək sürüsünü güdməlidir. Əyər onlar suya enəcəklərsə əvvəlcədən havada olanda ayaqlarını tam yığırlar. Əyər ayaqları azacıq yığılıbsa, deməli ördək sadəcə bir az daha sürət yığmaq istəyir. Bu zaman atış zamanı daha cəld olmaq lazımdır. Lakin fərq növ ördəklər vardır ki, onlarda fərqli uçuş edə bilərlər.

Az ovlanma olan ərazilərdə ördəklər həvəslə uçuşurlar. Onlar gah aşağı məsafəylə, gah da lap yüksəyə qalxırlar. Ovçu quşları qorxutmamaq üçün çox səbrli olmalıdır. Qarabaş ördəklər çoxda yüksəklilərdə uçmurlar amma, bununla belə yenə də ojnları ovlamaq elədə asand deyildir. Onlar müqəvvalardan çox aralı üzürlər. Qarabaş ördək hər hadisəyə ani reaksiya verir və çox hissiyyatlıdır.

Suda üzən quş ovu ilə növbəti rayonlarda məşğul olunur:

  • Əzizbəyov rayonunda ( Pirallahı ərazisi)
  • İmişli və Sabirabad rayonlarında (Sarısu ərazisi)
  • Yevlax rayonunda (Varvara ərazisi)
  • İmişli rayonunda (Şərbət-Qobu ərazisi)
  • Qaradağ rayonunda (Pirsaat ərazisi)
  • Cəlilabad rayonunda (Zəvvar ərazisi)
  • Neftçala rayonunda (Qırmızıkənd ərazisi)
  • Xızı rayonunda (Yaşma ərazisi

Dağlıq və bataqlıq quş ovu (su çulluğu, meşə göyərçini, meşəcüllütü)

Bataqlıq quşu ovu. Meşəcüllütü nəm yarpaqlı, inəyarpaqlı və ya qarışıq meşələrdə yaşayır. Quşun ovu elə burada aparılır. Meşəcüllütü nəm yerləri sevsədə su çulluğu kimi bataqlıqlara meylli deyildir çünki, o əsasən həşərat, sürfələr və torpaq qurdları ilə qidalanır. Meşədə meşəcüllütünün olub olmamasını yoxlamaq çox sadədir. Onlar qidalandıqları ərazilərdə torpaqda gözə çarpacaq şəkildə deyişlər olur. Bu quşlar tez yerdəyişəndirlər. Ona görədə bu gün meşəcüllütü ilə dolu olan meşədə sabah heçnə görməmək mümkündür. Soyuq havalarda onlar cənuba tərəf hərəkət edirlər. Bu zaman ovçularda şimala soyuqların düşəcəyini anlayırlar.

Onlar əsasən şimaldan cənuba uzanan dərələrdə məskunlaşırlar və çox nadir hallarda istiqamətlərini dəyişirlər. Yumşaq torpaqda və gildə onlara yem tapmaq daha asanddır nəinki bərk torpaqda. Bu quşun elə bir rəngi varki sarı yarpaqlar arasında onu demək olarki görünməz edir, ona görədə o yerdə gəzərkən gözəgörünməz olur. Adətən lələkləri tünd rəngdə olur, bədənlərinin aşağı hissələri isə açıq-tünd rəngli zolaqlı olur. Dimdik və ayaqları solğun boz rəngdə olur. Qanadları dairəvidir, ətrafini yaxşı görən böyük gözləri vardır. Bu quşun ovuna itsiz, bir neçə saat ara verməklə və səbrlə başlamaq lazımdır. Əyər ov professional şəkildə yerinə yetirilərsə meşəcüllütü ovu çox maraqlı ovdur.

Bu toranlıq quşudur. Səhər sübhdə erkək quşlar cütləşmək üçün uçuşmağa və özlərini dişi quşlara göstərməyə çalışırlar. Meşəcüllütü müntəzəm olaraq səhər sübhdən və ya səhər saatlarında, yavaş-yavaş, 6-9mert hündürlükdə uçur. Uçuş bir saata qədər çəkə bilər. O havada uçaraq öz ərazisində olan başqa quşları çıxarmağa çalışır.

Meşəcüllütü gizlənməyi çox yaxşı bacarır və hətda bəzən ov itlərini özlərinə çox yaxına qədər yaxınlaşdıra bilirlər. Bəzən onlar həmin saniyə gizlənmək üçün uçmağı deyil kollar arasında gizlənməyi seçirlər. Meşəcüllütü hava soyuyanda torpaq bərkiməyini hiss etdikdə o əraziləri tərk edir, havalar istiləşəndə həmin ərazilərə yenidən geri qayıdırlar.

Bataqlıq quşu ovu. Su çulluğu quşu meşəcüllütünə oxşayır lakin, ölçüsü daha kiçik və yumrudur. Su çulluğunun uzunluğu adətən 27sm olur (meşəcüllütü 33-36sm), uzun ayaqları və nazik dimdiyi vardır. Boz-qara zolaqlı olur. Meşəcüllütündən fərqli olaraq su çulluğu bataqlıqlarda qidalanır. Meşəcüllütünü rütubətli çəmənliklərdə, bataqlıq və bataqlıq kənarlarında görmək olar. Bu açıq bataqlıq quşudur. Bu quşu ovalamaq üçün bu cür ərazili yerlərə üz tutmaq lazımdır. Meşəcüllütü yerini çox tez dəyişir.

Meşəcüllütünün çox sürətli uçuşu vardır. Quş küləyin əks istiqamətində uçur. Dağlıq quşu ovu. Meşə göyərçini ən çətin ov quşlarından hesab olunur. Bu quş çox surətli uçur və onu hədəfə almaq elədə asan deyil. Meşə göyərçini uçuş zamanı, istirahət yerinə və ya yem üçün uçuş edərkən ovlamaq mümkündür. Adətən bu quşların dahada uzaqdan ovlanması yaxşıdır. Ov zamanı çox cəld olmaq lazımdır, bu isə çox çətindir.

Ov ilə növbəti rayonlarda məşğul olunur:

  • Əzizbəyov rayonunda ( Pirallahı ərazisi)
  • İmişli və Sabirabad rayonlarında (Sarısu ərazisi)
  • Yevlax rayonunda (Varvara ərazisi)
  • İmişli rayonunda (Şərbət-Qobu ərazisi)
  • Qaradağ rayonunda (Pirsaat ərazisi)
  • Cəlilabad rayonunda (Zəvvar ərazisi)
  • Neftçala rayonunda (Qırmızıkənd ərazisi)
  • Xızı rayonunda (Yaşma ərazisi)

Turlar